28 Jan
Mərkəzi Nəbatat Bağında aqrotexniki qulluq tədbirləri davam edir
153

27 yanvar 2024-cü il tarixində Mərkəzi Nəbatat Bağının nəzdində yaradılmış Elmi komissiyanın nəzarəti ilə Bağda yaz mövsümünə hazırlıq işləri həyata keçirilib. Belə ki, Bağın ərazisi iynəyarpaqlardan təmizlənib, ağacların qurumuş budaqları budanıb, enliyarpaqlı bitkilərin yarpaqları yığılaraq quyulara basdırılıb. 

Qeyd edək ki, sözügedən işlərin yüksək keyfiyyətlə həyata keçirilməsinə Elmi komissiya tərəfindən daim diqqət göstərilir.