24 Nov
Mərkəzi Nəbatat Bağının əməkdaşları beynəlxalq konfransda iştirak etmişdir
197

Mərkəzi Nəbatat Bağının alimləri b.e.d. Həsən Babayev və b.ü.f.d., dos Ofeliya Qafarova Qazaxıstan Respublikasının Almata şəhərində M.A.Aytxojin adına Molekulyar Biologiya və Biokimya İnstitutunun yaradılmasının 40 illiyinə həsr olunmuş “Molekulyar biologiya, biokimya və biotexnologiya sahələrində fundamental və tətbiqi tədqiqatlar” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransda məruzələrlə çıxış etmişdir.

Bağın alimləri Almata Milli Botanika Bağında olmuş, dendroloqlar tərəfindən Bağın ərazisində əkilmiş ağac və kol, dekorativ və digər qruplardan olan ali bitkilər haqqında geniş məlumatlar verilmişdir. Sonda Almata Milli Botanika Bağı ilə Mərkəzi Nəbatat Bağı arasında bitki toxumları, orqanları və bütöv bitki səviyyəsində qarşılıqlı mübadilə haqqında şifahi razılıq əldə olunmuş və gələcəkdə bu razılığın müqavilə formasında rəsmiləşdirilməsi münasib bilinmişdir.

Almata şəhərində Avrasiya biokimyaçıların mərkəzləşdirilmiş cəmiyyətinin yaradılması haqqında biokimyaçılar məsləhətləşmiş, Həsən Babayev yaradılacaq həmin təşkilatın Zaqafqaziya üzrə əlaqələndirici şəxs olması nəzərdə tutulmuşdur.