31 Aug
Mərkəzi Nəbatat Bağının orajereyasında becərilən nadir bitkilər kolleksiyasına baxış keçirilib
230

Mərkəzi Nəbatat Bağının rəhbərliyi Natiq Allahverdiyev və alimi b.e.d. Həsən Babayev Bağın oranjereyasında becərilən nadir bitkilər kolleksiyasına göstərilən aqrotexniki qulluqla tanış olublar. Bu aqrotexniki qulluq tədbirlərinə bitkilərin yuyulması, zərərvericilərə qarşı dərmanlanması, alaq otlarından təmizlənməsi, diblərinin yumşaldılması daxildir.

Həmçinin  örtülü şəraitdə becərilən bitki kolleksiyalarının və təcrübə sahələrinin davamlı və dayanıqlı inkişafı, yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bütün ağac və kol bitkilərinin xarakterinə uyğun düzgün aqrotexniki qulluq göstərilir. Eyni zamanda Bağın yenilənmiş 3 ha ərazisində də torpaqların yumşaldılması prosesi həyata keçirilir.

Görülən bu işlərin nəticəsi olaraq Bağda becərilən ağac və kol bitkilərinin inkişafında müsbət irəliləyiş qeyd olunur.