30 Aug
Mərkəzi Nəbatat Bağında təmizlik işləri davam edir
166

Mərkəzi Nəbatat Bağında mövcud yaşıllıq sahələrinin genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirlər planına uyğun olaraq işlər  davamlı olaraq aparılır. Bu tədbirlərin aqrotexniki qaydalarla aparılması yaşıllıqların bioloji inkişaf faizinin yüksəlməsinə və sürətli inkişaf etməsinə şərait yaradır. Eyni zamanda alaq otları ilə mübarizədə aqrotexniki, mexaniki və kimyəvi tədbirlərdən istifadə olunur ki, bunlardan aqrotexniki mübarizə tədbirləri ən səmərəli üsul hesab edilir. Torpağa tətbiq edilən bütün aqrotexniki tədbirlər düzgün riayət edildiyi üçün alaq otlarının ziyanı minimuma enir.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında torpaqların münbitliyinin artırılması, ağac və kol bitkilərinin inkişafı, yaşıllıqların qorunub saxlanılması işləri sistemli şəkildə həyata keçirilir.