29 Aug
Mərkəzi Nəbatat Bağında aqrotexniki tədbirlər davam edir
261

Mərkəzi Nəbatat Bağında mövcud yaşıllıqlara qulluq istiqamətində aparılan aqrotexniki qulluq tədbirləri davam edir, həmçinin,  təmizliyin təmin edilməsi məqsədilə ətraf ərazi yabanı və quru alaq otlardan təmizlənir.  Eyni zamanda, "Tropik və subtropik bitkilər" laboratoriyasının oranjereyasında olan nadir bitkilərə də düzgün aqrotexniki qulluq tədbirləi həyata keçirilir, müntəzəm olaraq suvarılır.

Qeyd edək ki, yaşıllıq zolaqlarının bərpası və inkişaf etdirilməsi istiqamətində aparılan işlər prioritet vəzifəyə çevrilib və Bağın rəhbərliyi tərəfindən daim nəzarətdə saxlanılır. Sözügedən yaşıllıqların qorunması tədbirlərinin aparılması ətraf mühitin mühafizəsi və yaşıllıqların artırılması ilə yanaşı, ərazinin gözəlləşməsinə də xidmət edir.