28 Aug
Mərkəzi Nəbatat Bağında yaşıllıqların qorunması istiqamətində işlər davam edir
285

Mərkəzi Nəbatat Bağında mövcud yaşıllıq sahələrinin genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirlər planına uyğun olaraq işlər  davamlı olaraq aparılır. Belə ki, ağacların gövdələrinə toplanan toz və torpaq mütəmadi olaraq yuyulur, onların dibi yumşaldılır, gübrələnir, qurumuş budaqları budanır, zərərvericilərə qarşı dərmanlanır. Görülən bu tədbirlərin nəticəsində  ağaclarda canlanma və inkişaf müşahidə edilib. 

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında torpaqların münbitliyinin artırılması, ağac və kol bitkilərinin inkişafı, yaşıllıqların qorunub saxlanılması işləri sistemli şəkildə həyata keçirilir.