21 Aug
Mərkəzi Nəbatat Bağı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
352

21 avqust 2023-cü il tarixində Mərkəzi Nəbatat Bağının rəhbərliyi müəssisənin alim, elmi işçi və mütəxəssislərinin iştirakı ilə yığıncaq keçirib. Sözügedən tədbirdə Bağda həyata keçirilən müsbət dəyişikliklərdən söz açılıb.

Belə ki, bitki kolleksiyaları və təcrübə sahələrinin dayanıqlı inkişafı, yaşıllıq sahələrinin genişləndirilməsi və Bağda ekoloji vəziyyətin sabitliyinin təmin olunması məqsədi ilə bu müəssisənin işçi kollektivi gücləndirilmiş iş rejimində fəaliyyətə başlayıb. Yuxarıda qeyd edilənlərin təmin olunması məqsədi ilə Bağın bütün sahələrində bitkilərə uyğun aqrotexniki qulluq tədbirləri həyata keçirilib.

Qeyd edilən işlər çərçivəsində sahələr alaq otlardan təmizlənir, ağac dibləri bellənir, tullantılar ərazidən uzaqlaşdırılır.  Bitkilərdə müəyyən olunmuş xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirləri,  yay mövsümünün isti keçməsi ilə əlaqədar bitkilərin vaxtaşırı suvarılması, mövsümə uyğun olaraq ağacların budanması prosesləri həyata keçirilir. 

Bunun nəticəsi olaraq Bağda becərilən ağac və kol bitkilərinin inkişafında müsbət irəliləyiş qeyd olunur.