06 Jul
Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi daim diqqət mərkəzində saxlanılır
204

Mərkəzi Nəbatat Bağının yaşıllıq ərazilərində torpaqların eroziyadan qorunması, münbitliyinin artırılması və lazımi rütubət mühitinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Bu aqrotexniki qulluq tədbirlərinə müntəzəm olaraq təcrübə sahələrinin təmizlənməsi, yeni əkilmiş meyvə ağaclarına  suyunun verilməsi, ağacların diblərinin bellənməsi, zərərvercilərə qarşı dərmanlanması və s. tədbirlər daxildir. 

Qeyd edək ki, Bağın ikinci sahəsində  torpaqların münbitliyinin artırılması, ağac və kol bitkilərinin inkişafı, yaşıllıqların qorunub saxlanılması  işləri sistemli şəkildə həyata keçirilir.