05 Jul
Mərkəzi Nəbatat Bağında ətraf mühitin sağlamlaşdırılması istiqamətində mühüm tədbirlər görülür
97

Mərkəzi Nəbatat Bağında cari mövsüm ilə əlaqədar yaşıllıq sahələrinin mühafizəsi məqsədilə həyata keçirilən aqrotexniki qulluq tədbirləri uğurla  davam etdirilir. Bu aqrotexniki qulluq tədbirlərinə müntəzəm olaraq, ağacların budanması, suvarılması, diblərinin yumşaldılması, zərərvercilərə qarşı dərmanlanması və s. tədbirlər daxildir.

Həmçinin, Bağın alimləri b.e.d. Həsən Babayev, b.ü.f.d., dos. Asif Mehraliyev və b.ü.f.d., dos. Yusif Zeynalov göstərilən düzgün aqrotexniki qulluq tədbirlərində ağaclarda canlanma və yaşıllaşma müşahidə etmişdir.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında torpaqların münbitliyinin artırılması, ağac və kol bitkilərinin inkişafı, yaşıllıqların qorunub saxlanılması işləri sistemli şəkildə həyata keçirilir.