04 Jul
Mərkəzi Nəbatat Bağında yaşıllıqların qorunması istiqamətində işlər davam edir
134

Mərkəzi Nəbatat Bağında ekoloji vəziyətin tənzimlənməsi, yaşıllıqların qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə təmizlik və  yabanı otların sahədən kənarlaşdırılması və digər aqrotexniki qulluq tədbirləri həyata keçirilir. Bu tədbirlərin aqrotexniki qaydalarla aparılması yaşıllıqların bioloji inkişaf faizinin yüksəlməsinə və sürətli inkişaf etməsinə şərait yaradır. 

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında torpaqların münbitliyinin artırılması,  yaşıllıqların qorunub saxlanılması işləri sistemli şəkildə həyata keçirilir.