03 Jul
Mərkəzi Nəbatat Bağında bitkilərin mühafizəsi tədbirləri davam edir
114

Mərkəzi Nəbatat Bağında yaşıllıqların artırılması və mühafizəsi məqsədi ilə aparılan tədbirlər uğurla davam etdirilir. Sözügedən tədbirlərə müntəzəm olaraq təcrübə sahələrinin təmizlənməsi, meyvə ağaclarının və digər bitkilərin suvarılması, ağacların diblərinin bellənməsi, zərərvercilərə qarşı dərmanlanması və s.  daxildir. Bu tədbirlərin düzgün aqrotexniki qaydalarla aparılması yaşıllıqların bioloji inkişaf faizinin yüksəlməsinə və sürətli inkişaf etməsinə şərait yaradır.