25 Jun
Mərkəzi Nəbatat Bağında yaşıllıqlara qulluq tədbirləri davam edir
191

Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi, inkişafı, yaşıllıqların qorunub saxlanılması işləri uğurla davam etdirilir. Belə ki, Bağın ərazisində  mövcud olan ağac və kol bitkilərinin müntəzəm olaraq suvarılması, təbii gübrələrlə zənginləşdirilməsi, torpaq örtüyünün yumşaldılması istiqamətində lazımi tədbirlər görülür. Bu tədbirlərin aqrotexniki qaydalarla aparılması yaşıllıqların bioloji inkişaf faizinin yüksəlməsinə və sürətli inkişaf etməsinə şərait yaradır.