24 Jun
Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi daim diqqət mərkəzində saxlanılır
197

Mərkəzi Nəbatat Bağının yaşıllıq ərazilərində torpaqların eroziyadan qorunması, münbitliyinin artırılması və lazımi rütubət mühitinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Bu aqrotexniki qulluq tədbirlərinə müntəzəm olaraq təcrübə sahələrinin təmizlənməsi, yeni əkilmiş meyvə ağaclarına  suyunun verilməsi, ağacların diblərinin bellənməsi, zərərvercilərə qarşı dərmanlanması və s. tədbirlər daxildir.  Bitkilərin suvarılma norması vaxtlı vaxtında torpaq-iqlim şəraitindən və bitkinin bioloji xüsusiyyətindən asılı olaraq müəyyənləşdirilərək aparılır.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında torpaqların münbitliyinin artırılması, ağac və kol bitkilərinin inkişafı, yaşıllıqların qorunub saxlanılması işləri sistemli şəkildə həyata keçirilir.