22 Jun
Mərkəzi Nəbatat Bağında bitkilərə aqrotexniki qulluq tədbirləri davam etdirilir
185

Mərkəzi Nəbatat Bağında ekoloji vəziyətin tənzimlənməsi, yaşıllıqların qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə təmizlik və  yabanı otların sahədən kənarlaşdırılması və digər aqrotexniki qulluq tədbirləri həyata keçirilir. Bu tədbirlər çərçivəsində mövcud olan çoxillik güllər, ağac və kol bitkiləri  suvarılır, gübrə verilir, torpaq örtüyü yumşaldılır.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında torpaqların münbitliyinin artırılması, ağac və kol bitkilərinin inkişafı, yaşıllıqların qorunub saxlanılması işləri sistemli şəkildə həyata keçirilir.