21 Jun
Mərkəzi Nəbatat Bağında bitkilərə baxış keçirilib
119

Mərkəzi Nəbatat Bağının İdarə Heyəti sədr müavini və sədr səlahiyyətlərinin müvəqqəti icraçısı Natiq Allahverdiyev  Bağın ərazisinə baxış zamanı ağaclara göstərilən aqrotexniki qulluqla tanış olublar. Bu aqrotexniki qulluq tədbirlərinə müntəzəm olaraq ağacların budanması, suvarılması, diblərinin yumşaldılması, zərərvericilərə qarşı dərmanlanması və s. tədbirlər daxildir. Baxış zamanı sözügedən bitkilərə göstərilən aqrotexniki qulluğun yüksək səviyyədə olduğunu müşahidə edib. Belə ki, həyata keçirilən düzgün aqrotexniki qulluq nəticəsində bitkilərdə canlanma nəzərə çarpacaq şəkildə özünü göstərir. Həmçinin, 2021-ci ildə əkilmiş meyvə ağacları da bar verib. 

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi,  yaşıllıqların qorunub saxlanması işləri planlı şəkildə həyata keçirilir və bu məsələ daim diqqət mərkəzindədir.