19 Jun
Mərkəzi Nəbatat Bağında yaşıllıqların qorunması istiqamətində işlər davam edir
137

Mərkəzi Nəbatat Bağında bitkilərin mühafizəsi, yaşıllıqların artırılması məqsədi ilə təmizlik işləri uğurla davam etdirilir.  Bu tədbirlər çərçivəsində belləmə, gübrәlәmә, alaq otlarından təmizləmə, ağacların qurumuş budaqları və yarpaq qalıqlarının yığılıb sahədən çıxarılması vә s. işlər  hәyata keçirilir. Bundan başqa, ağac və kol bitkilərinə düzgün aqrotexniki  qulluq tәdbirlәri hәyata keçirilir ki, bu da zәrәrvericilәrin miqdarca azaldılmasına və bitkilərin inkişafına səbəb olur. 

Qeyd edək ki, göstərilən düzgün aqrotexniki qulluq tədbirlərində ağaclarda canlanma və yaşıllaşma müşahidə olunmuşdur.