14 Jun
Mərkəzi Nəbatat Bağında ümumi yığıncaq keçirilib
183

Bildiyiniz ki, Mərkəzi Nəbatat Bağında yarandığı tarixdən bugünə qədər aparılmayan ağac və kol bitkilərin yerləşdiyi ərazilər üzrə mərhələli şəkildə pasportlaşdırılması prosesi həyata keçirilirdi. Bununla əlaqədar olaraq 14 iyun 2023-cü il tarixində ümumi yığıncaq keçirilib. Yığıncaqda Bağın İdarə Heyəti sədr müavini və sədr səlahiyyətlərinin müvəqqəti icraçısı Natiq Allahverdiyev, Bitki ekologiyası laboratoriyasının müdiri b.ü.f.d., dos. Sevinc Quliyeva, Qida və dərman bitkilərinin biokimyası laboratoriyasının müdiri b.e.d. Həsən Babayev, Oduncaqlı bitkilər laboratoriyasının müdiri b.ü.f.d., dos Asif Mehralıyev, “Tropik və subtropik bitkilər” laboratoriyasının müdiri b.ü.f.d., dos. Aynur Ərəbzadə, digər elmi əməkdaş və mütəxəssislər iştirak edib. Laboratoriya müdirləri əldə etdikləri son statistik məlumatları yığıncağın digər iştirakçılarına təqdim edərək prosesin yekunlaşdığı bildiriblər.

Həmçinin, yığıncaqda Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı publik hüququ şəxsin Həmkarlar Komitəsi və Təftiş komissiyasının təsis edilməsi və büro üzvlərinin seçilməsi müzakirə edildikdən sonra yekdil qərar qəbul olunub.

Yığıncağın sonunda iştirakçıların səsverməsi nəticəsi Sədaqət Rəhimova Həmkarlar Komitəsinin sədri seçilib.