14 Jun
Mərkəzi Nəbatat Bağında bitkilərə baxış keçirilib
180

Mərkəzi Nəbatat Bağında ağac və kol bitkilərinə baxış kecirilib. Baxış zamanı sözügedən bitkilərə göstərilən aqrotexniki qulluğun yüksək səviyyədə olduğu müşahidə olunub. Belə ki, həyata kecirilən düzgün aqrotexniki qulluq nəticəsində bitkilərdə canlanma nəzərə çarpacaq şəkildə özünü göstərir. Meyvə ağacları bar verib.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında təmizliyin lazımi səviyyədə saxlanılması, yaşıllıqların qorunması və inkişafı üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq həyata keçirilir.