13 Jun
Mərkəzi Nəbatat Bağının inkişafı istiqamətində işlər davam etdirilir
194

Mərkəzi Nəbatat Bağında ekoloji vəziyətin tənzimlənməsi, yaşıllıqların qorunması istiqamətində görülən aqrotexniki qulluq tədbirləri davam etdirilir. Bu tədbirlərin nəticəsində ağac və kol bitkilərinin inkişafı, canlanması müşahidə olunur.  Buna misal olaraq lavanda bitkisini göstərmək olar.  

Lavanda  (lat. Lavandula)  dalamazkimilər fəsiləsinə aid bitki cinsi bağa xüsusi gözəllik qatır.  Bu bitkinin farmakoloji tərkibinə baxsaq lavanda çoxillik ətirli ədviyyat bitkisidir. Bitkinin öz ətrini 3 min il saxlaya bilməsi məlumdur. Lavanda bitkisinin bütün hissələrində efir yağları toplanır. Lakin çiçəklərdə onun miqdarı daha çox 0,8-3,0 %-ə qədərdir. Lavanda yağının əsas komponenti  linalilasefat (30-56 %) və linalol (10-12 %) hesab edilir. Lavanda yağı və ondan alınan məhsullar (efir yağı, quru çiçək qrupu) ətriyyat - kosmetika sənayesində, qida və əczaçılıq sənayesində, tibdə və məişət kimyasında istifadə edilir.