09 Jun
Mərkəzi Nəbatat Bağında ətraf mühitin sağlamlaşdırılması istiqamətində mühüm tədbirlər görülür
169

Mərkəzi Nəbatat Bağının əməkdaşları ağac və kol bitkilərinə göstərilən aqrotexniki qulluqla tanış olublar. Bu aqrotexniki qulluq tədbirlərinə müntəzəm olaraq ağacların budanması, suvarılması, diblərinin yumşaldılması, zərərvericilərə qarşı dərmanlanması və s. tədbirlər daxildir. İlboyu göstərilən aqrotexniki qulluq nəticəsində son bir neçə ildə əkilmiş ağaclarda inkişaf müşahidə olunmuşdur.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi, inkişafı, yaşıllıqların qorunub saxlanması işləri planlı şəkildə həyata keçirilir və bu məsələ daim diqqət mərkəzindədir.