22 May
Mərkəzi Nəbatat Bağında monitorinq keçirilməsilə əlaqədar reportaj hazırlanıb
87

Keçirilən monitorinq zamanı hər hansı bir nöqsan aşkar edilməyib.

Bakı şəhərindəki Mərkəzi Nəbatat bağında monitorinq keçirilib. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər nazirliyi arasında əldə edilən razılığa əsasən Mərkəzi Nəbatat bağındakı ağac və yaşıllıqların vəziyyəti ilə bağlı hər iki qurumun əməkdaşlarının iştirakı ilə ay ərzində 2 dəfə birgə monitorinqlərin keçirilməsi qərara alınıb. Bağdakı mövcud ağacların inventarizasiyasına başlanılıb və bu zaman onların vəziyyəti qiymətləndirilir və müvafiq qeydlər aparılır.

Bildirilib ki, keçirilən monitorinq zamanı hər hansı bir nöqsan aşkar edilməyib:

"Lakin yaddan çıxarmaq olmaz ki, ağaclar da insanlar kimi canlı orqanizmdir, onlar da xəstələnir, müxtəlif səbəblərdən zədələnir və ömrünü başa vürür. Bununla əlaqədar bağdakı ağacların və yaşıllıqların qorunması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər nazirliyi mütəxəssislərinin rəyi əsasında xəstə, eləcə də müalicəsi mümkün olmayan ağaclar götürülərək utilizasiya edilir və bu ağacların yerində eyni cinsli yeni ağacların əkilməsi təmin edilir.

Hazırda parkda həyata keçirilən təmir-yenidənqurma və mövcud ağaclara qulluq işlərinə nəzarət gücləndirib və birgə monitorinqlərin keçirilməsi davamlı olacaq".

Ətraflı məlumat üçün linklərə keçid edə bilərsiniz: www.poliqon.info , www.oxu.az