22 May
Mərkəzi Nəbatat Bağında bitkilərə aqrotexniki qulluq tədbirləri davam etdirilir
94

Mərkəzi Nəbatat Bağında ekoloji vəziyətin tənzimlənməsi, yaşıllıqların qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə təmizlik və sahələrin yabanı otlardan təmizlənməsi və digər aqrotexniki qulluq tədbirləri həyata keçirilir. Bu tədbirlərin aqrotexniki qaydalarla aparılması yaşıllıqların bioloji inkişaf faizinin yüksəlməsinə və sürətli inkişaf etməsinə şərait yaradır. Göstərilən düzgün aqrotexniki qulluq tədbirlərində ağaclarda canlanma və yaşıllaşma müşahidə olunmuşdur.