19 May
Mərkəzi Nəbatat Bağında ağac və kol bitkilərinə aqrotexniki qulluq tədbirləri davam edir
175

Mərkəzi Nəbatat Bağında mövcud yaşıllıq sahələrinin genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirlər planına uyğun olaraq işlər  davamlı olaraq aparılır. Sözügedən tədbirlər planına bitkilərə aqrotexniki qulluq göstərilməsi, alaq otlarından təmizlənməsi, təbii gübrələrlə zənginləşdirilməsi, ağacların diblərinin yumşaldılması, torpaqların münbitliyinin artırılması daxildir.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması və qorunması istiqamətində aparılan işlər daim diqqət mərkəzində saxlanılır