08 May
Mərkəzi Nəbatat Bağında yaşıllıqların qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilir
148

Mərkəzi Nəbatat Bağında mövcud yaşıllıq sahələrinin qorunması və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərə müntəzəm olaraq təcrübə sahələrinin təmizlənməsi, bitkilərin suvarılması, ağacların diblərinin bellənməsi, zərərvercilərə qarşı dərmanlanması və s. tədbirləri daxildir. Qeyd edək ki, sözügedən tədbirlərin yüksək fəallıqla həyata keçirilməsinə daim diqqət göstərilir.