05 May
Mərkəzi Nəbatat Bağında təmizlik və mövcud yaşıllıqlara qulluq işləri davam edir
156

Mərkəzi Nəbatat Bağında mövcud yaşıllıqlara aqrotexniki qulluq istiqamətində görülən işlər davam edir.  Belə ki, Bağın mövcud yaşıllıqların qorunub saxlanması üçün  mütəmadi təmizlik və səliqə-səhman işləri aparılıb, bitkilərə dərmanlama, suvarma, alaq otlarından təmizləmə və digər aqrotexniki tədbirlər həyata keçirilib.

Qeyd edək ki, göstərilən bu tədbirlər Mərkəzi Nəbatat Bağının florasının gələcəkdə inkişafına öz bəhrəsini verəcəkdir.