18 Apr
Mərkəzi Nəbatat Bağında ətraf mühitin sağlamlaşdırılması istiqamətində mühüm tədbirlər görülür
195

Mərkəzi Nəbatat Bağının təcrübə sahələrində torpaqların eroziyadan qorunması, münbitliyinin artırılması və lazımi rütubət mühitinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir.  Bu tədbirlər çərçivəsində bitkilərə aqrotexniki qulluq göstərilməsi, təbii gübrələrlə zənginləşdirilməsi, ağacların diblərinin yumşaldılması  işləri görülmüşdür. Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi, inkişafı, yaşıllıqların qorunub saxlanılması işləri planlı şəkildə aparılır.