13 Mar
Mərkəzi Nəbatat Bağında ətraf mühitin sağlamlaşdırılması istiqamətində mühüm tədbirlər görülür
146

Mərkəzi Nəbatat Bağında həyata keçirilən yaşıllaşdırma və təmizlik işləri, aqrotexniki qulluq tədbirləri bitkilərin düzgün inkişafı üçün vacib faktorlardan biridir. Bununla əlaqədar olaraq, mövcud olan çoxillik güllər suvarılır, gübrə verilir, torpaq örtüyü yumşaldılır, həmçinin insan sağlamlığı üçün zərərli olan tullantılarından təmizlənir. Bu tədbirlərin aqrotexniki qaydalarla aparılması yaşıllıqların bioloji inkişaf faizinin yüksəlməsinə və sürətli inkişaf etməsinə şərait yaradır.