10 Mar
Mərkəzi Nəbatat Bağının yaşıllıq sahələrinin qorunması daim diqqət mərkəzindədir
191

Mərkəzi Nəbatat Bağında yaz mövsümüne hazırlıq məqsədi ilə təmizlik işləri uğurla davam etdirilir. Bu tədbir çərçivəsində becərilən bitkilərin xüsusiyyətindən aslı olaraq  gübrələmə, budanma, bellənmə, suvarılma, xəzəl yarpaqlarından təmizlənmə işləri aparılır. Eyni zamanda, meyvə və dekorativ bitkilərə həşərat və xəstəliktörədicilərdən qorunması üçün  torpaqdakı qida elementlərinin miqdarından və becərilən bitkinin xüsusiyyətindən aslı olaraq uyğun tədbirlər görülür.