28 Feb
Mərkəzi Nəbatat Bağında təmizlik işləri davam edir
144

Mərkəzi Nəbatat Bağında ekoloji vəziyyətin tənzimlənməsi, yaşıllıqların qorunmasında mühüm əhəmiyyət malik olan təmizlik və yaşıllaşdırma işləri çərçivəsində  mütəmadi olaraq aqrotexniki qulluq tədbirləri həyata keçirilir. Bu tədbirlər çərçivəsində mövcud olan çoxillik güllər suvarılır, gübrə verilir, torpaq örtüyü yumşaldılır, həmçinin insan sağlamlığı üçün zərərli olan müxtəlif polietilen tullantılarından təmizlənir. Bitkilərin suvarılma norması vaxtlı vaxtında torpaq-iqlim şəraitindən və bitkinin bioloji xüsusiyyətindən asılı olaraq müəyyənləşdirilərək aparılır. Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında torpaqların münbitliyinin artırılması, ağac və kol bitkilərinin inkişafı, yaşıllıqların qorunub saxlanılması işləri sistemli şəkildə həyata keçirilir.