27 Feb
Mərkəzi Nəbatat Bağında bitkilərin mühafizəsi tədbirləri davam edir
104

Mərkəzi Nəbatat Bağında mövcud yaşıllıq sahələrinin genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirlər planına uyğun olaraq işlər  davamlı olaraq aparılır. Bağda həyata keçirilən təmizlik işləri, yaşıllaşdırma və aqrotexniki qulluq işləri bitkilərin sağlam böyüməsi üçün önəmli faktordan biridir. Görülən işlər çərçivəsində mövcud olan çoxillik güllər suvarılır, gübrə verilir, torpaq örtüyü yumşaldılır. Eyni zamanda Bağın təcrübə sahələrində mövcud olan yaşıllıqların qorunması, əkilmiş dekorativ və meyvə ağaclarına aqrotexniki qulluğun göstərilməsi kimi tədbirlər də həyata keçirilir.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması və qorunması istiqamətində aparılan işlər daim diqqət mərkəzində saxlanılır