23 Feb
Mərkəzi Nəbatat Bağında dərman bitkilərinə fenoloji baxış keçirilib
176

Mərkəzi Nəbatat Bağının Qida və dərman bitkiləri biokimyası laboratoriyasının müdiri b.e.d Həsən Babayevin rəhbərliyi və Bağın digər əməkdaşlarının iştirakı ilə dərman bitkilərinin inkişaf mərhələsinə baxış keçirilmişdir. Fenoloji müşahidələr zamanı  alim və əməkdaşlar dərman bitkilərinin təcrübə sahələrinə adaptasiyası, inkişaf dinamikasını və mövcud vəziyyətini qiymətləndirilməsi barədə müzakirələr aparmışdır. Həsən Babayev yaz aylarının gəlməsi əlaqədar olaraq bitkilərdə yarana biləcək problemlər-bitkilərdə yayılan xəstəliklər, bitkilərin inkişafı, yeni bitki növlərinin əkilməsi ilə kolleksiyanın zənginləşdirilməsi, bitkilərə aqrotexniki qulluğun səmərəli təşkil olunması, təcrübə sahəsində kolleksiya fondunun tərtibatı və yaxşılaşdırılması haqqında məlumat verdi.