23 Feb
Mərkəzi Nəbatat Bağında abadlıq və yaşıllaşdırma işləri davam edir
144

Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi, torpaqların münbitliyinin artırılması, yaşıllıqların vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması yaşıllıqların qorunması və artırılması istiqamətində görülən tədbirlər uğurla davam etdirilir. Tədbirlər çərçivəsində ağacların dibinin boşaldılması,yerə tökülən iynəyarpaqlıların  təmizlənilməsi, bitkilərin suvarılması, torpaqların bellənilməsi və.s tədbirlər həyata keçirilir. Bitkilər üçün önəmli faktorlardan olan su bitki hüceyrələrini daimi turqor vəziyyətdə saxlamaqla, orada gedən kimyəvi proseslər üçün şərait yaradır, qida maddələrinin bitki orqanlarında hərəkətini təmin edir, torpaqdakı üzvi, mineral maddələri həll edərək bitkilərin sora biləcəyi şəklə  salır. Düzgün aqrotexniki qulluq nəticəsində ağaclarda canlanma və yaşıllaşma müşahidə olunmuşdur.