22 Feb
Mərkəzi Nəbatat Bağında mövsümə uyğun aqrotexniki qulluq tədbirləri həyata keçirilir
119

Mərkəzi Nəbatat Bağında bitkilərin mühafizəsi, yaşıllıqlarınqorunması, yaz mövsümünə hazırlıq məqsədi ilə təmizlik işləri uğurla davam etdirilir.  Bu tədbirlər çərçivəsində belləmə, gübrәlәmә, alaq otlarından və kol-kosdan təmizləmə, yarpaq qalıqlarının yığılıb sahədən çıxarılması vә s. işlər  hәyata keçirilir. Bundan başqa, ağac və kol bitkilərinə düzgün aqrotexniki  qulluq tәdbirlәri hәyata keçirilir ki, bu da zәrәrvericilәrin miqdarca azaldılmasına və bitkilərin inkişafına səbəb olur. Yaz mövsümündə Bağda torpağı yumşaltmaqla onun strukturunu vә havalanmasını yaxşılaşdırmaq, nәmliyini normal saxlamaq olur.