19 Jan
Mərkəzi Nəbatat Bağının ikinci sahəsində iməclik tədbirləri həyata keçirilib
211

Mərkəzi Nəbatat Bağının rəhbərliyinin nəzarəti və aqrotexniki əməkdaşlarının birgə iştirakı ilə Bağın ikinci sahəsində həyata keçirilən iməclik tədbirləri davam edir. Bağın ikinci sahəsində həyata keçirilən iməclik tədbirləri çərçivəsində şam ağaclarından tökülüb qalan iynəyarpaqlardan və otlardan təmizlənib, ağacların qurumuş budaqları budanıb,  toplanmış palıd ağaclarının yarpaqları ərazidə qazılmış xüsusi quyuda saxlanılaraq gələcək mövsümdə təbii gübrə kimi istifadəsi nəzərdə tutulub.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunub saxlanması işləri planlı şəkildə aparılır və bu məsələ daim diqqət mərkəzindədir.