18 Jan
Mərkəzi Nəbatat Bağında yaşıllıqların mühafizəsi istiqamətində işlər davam edir
116

Mərkəzi Nəbatat Bağında təbiətin mühafizəsi, yaşıllıqların artırılması istiqamətində işlər davam edir. Sözügedən işlər çərçivəsində Bağın ərazisi quru ot və alaqlardan təmizlənilir, əkilmiş yeni dekorativ və meyvə ağaclarının dibi yumşaldılıb, xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir. Ağacların gövdəsində quruma, zəifləmə müşahidə olunan zaman ağacın kökünü qüvvətləndirən dərmanlardan istifadə olunaraq lazımi aqrotexniki qulluq göstərilir.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağının rəhbərliyinin nəzarəti altında Bağın təmizliyinin lazımi səviyyədə saxlanılması, yaşıllıqların qorunması və inkişafı üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq həyata keçirilir.