17 Jan
Mərkəzi Nəbatat Bağında təmizlik işləri davam edir
166

Mərkəzi Nəbatat Bağının rəhbərliyinin nəzarəti və aqrotexniki əməkdaşlarının iştirakı ilə Bağda müntəzəm olaraq iməclik işləri aparılır, səliqə-səhman yaradılıb. İməclik işləri çərçivəsində şam ağaclarından on illərlə tökülüb qalan iynəyarpaqlardan və alaq otlardan təmizlənib, ağaclara aqrotexniki qulluq göstərilib və suvarılıb. 

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi, inkişafı, yaşıllıqların qorunub saxlanması işləri planlı şəkildə aparılır və bu məsələ daim diqqət mərkəzindədir.