10 Jan
Mərkəzi Nəbatat Bağında iməclik tədbirləri həyata keçirilib
161

Bildiyiniz kimi, Mərkəzi Nəbatat Bağına qış fəslinin ilk qarının yağması ilə əlaqədar Bağın ərazisi qar örtüyünə bürünüb. Bağın aqronomları və aqrotexniki əməkdaşlarının birgə iştirakı ilə iməclik həyata keçirilib. Sözügedən iməclik tədbirlərinə yol örtüyünün qar və buzdan təmizlənməsi, ağacların əyilən budaqlarından qarın təmizlənməsi və yığılan qar topalarının gələcəkdə rütubəti qoruyub saxlamaq məqsədilə bitki diblərinə yığılması daxildir.

İməclik tədbirləri davamlı olaraq həyata keçiriləcəkdir.