30 Dec
Mərkəzi Nəbatat Bağında ağac və kol bitkilərinə aqrotexnik qulluq tədbirləri həyata keçirilib
198

Mərkəzi Nəbatat Bağında cari mövsüm ilə əlaqədar son bir il ərzində əkilmiş çınar ağaclarına aqrotexniki qulluq tədbirləri həyata keçirilib. Sözügedən tədbir çərçivəsində çınar ağaclarının dibləri yumşaldılıb, təbii gübrələr verilib, suvarılıb və zərərvercilərə qarşı dərmanlanıb. 

Qeyd edək ki, göstərilən düzgün aqrotexniki qulluq tədbirlərinin məqsədi gələcəkdə çınar ağaclarının düzgün qidalanması və sürətli inkişaf etməsidir.