19 Dec
Mərkəzi Nəbatat Bağında abadlıq işləri müntəzəm olaraq davam etdirilir
163

Mərkəzi Nəbatat Bağında cari mövsüm ilə əlaqədar yaşıllıq sahələrinin mühafizəsi məqsədilə həyata keçirilən aqrotexniki qulluq tədbirləri plana uyğun olaraq uğurla  davam etdirilir. Bu aqrotexniki qulluq tədbirlərinə müntəzəm olaraq, ağacların budanması, suvarılması, diblərinin yumşaldılması, gübrələnməsi, zərərvercilərə qarşı dərmanlanması və s. tədbirlər daxildir. Göstərilən düzgün aqrotexniki qulluq tədbirlərində ağaclarda canlanma və yaşıllaşma müşahidə olunmuşdur ki, bu da Bağın rəhbərliyi, alimləri və sahə işçilərinin birgə fəaliyyətinin nəticəsidir.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi, inkişafı, yaşıllıqların qorunub saxlanması işləri planlı şəkildə aparılır və bu məsələ daim diqqət mərkəzindədir.