14 Dec
Mərkəzi Nəbatat Bağında abadlıq və yaşıllaşdırma işləri davam edir
164

Mərkəzi Nəbatat Bağının rəhbərliyinin nəzarəti və aqrotexniki əməkdaşlarının birgə iştirakı ilə Bağda müntəzəm olaraq yaşıllaşdırma və abadlıq işləri davam etdirilir.  Belə ki, ağacların mövsümi budama işləri aparılıb, ağacların və əkilən dekorativ güllərin dibləri alaqlardan təmizlənərək yumşaldılıb, gübrə verilib. 

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi, inkişafı, yaşıllıqların qorunub saxlanması işləri planlı şəkildə aparılır və bu məsələ daim diqqət mərkəzindədir.