13 Dec
Mərkəzi Nəbatat Bağında ətraf mühitin sağlamlaşdırılması istiqamətində mühüm tədbirlər görülür
215

Ekoloji sabitliyin təmin olunması məqsədilə Mərkəzi Nəbatat Bağının ekoloji tədbirləri sırasında abadlıq-quruculuq işləri xüsusi əhəmiyyət daşıyır və bu işlər intensiv qaydada davam etdirilir. Belə ki, Bağda mövcud yaşıllıqlara qulluq, torpaqda yumşaldılma işləri aparmaqla yanaşı alaq otları, qurumuş kolların sahələrdən təmizlənməsi, mineral gübrə ilə təmin edilməsi, habelə zərərvericilərə qarşı mübarizə tədbirləri də görülür. Bu tədbirlərin aqrotexniki qaydalarla aparılması yaşıllıqların bioloji inkişaf faizinin yüksəlməsinə və sürətli inkişaf etməsinə şərait yaradır.