Struktur bölmə haqqında
Nəbatat Bağının tədqiqat və idarəetmə struktur bölməsi olan Bioloji Kolleksiyalar şöbəsi 2021-ci ilin sentyabr ayında yaradılmışdır. Şöbənin yaradılmasında məqsəd Bağın kolleksiya fondunun səmərəli idarəedilməsidir. Struktur bölmə Bağın ərazisindəki kolleksiyalarda mövcud olan bitki növlərinin sənədləşdirilməsi və etiketləndirilməsi, toxumçuluq fəaliyyətinin təşkili və bitki kolleksiyalarının onlayn verilənlər bazasının qurulması və idarəetməsini özündə əks etdirir. İdarəetməsi sistemi informasiya texnologiyaları və Coğrafi İnformasiya Sistemləri əsasında fəaliyyət göstərir. Şöbənin əsas elmi istiqaməti Azərbaycanın müxtəlif botaniki-coğrafi ərazilərinin bitki örtüyü üzrə tədqiqatların aparılması və müasir texnologiyalara (aerokosmik zondlama, CİS və s.) əsaslanaraq elektron xəritələrin hazırlanması nəzərdə tutulmuşdur.
STAFFS
|