29
May

Mərkəzi Nəbatat Bağının nadir və ekzotik incilərindən Nəhəng sekvoya ağacı

229

Paytaxt Bakının mərkəzində yerləşən Mərkəzi Nəbatat Bağı nadir və nəsli kəsilməkdə olan, qiymətli bitki növlərinin qorunduğu unikal bir məkandır. Bu nadir və ekzotik incilərdən biri də Nəhəng sekvoya (Sequoiadendron giganteum) ağacıdır.

Dünyanın ən hündür və uzunömürlü ağaclarından olan Nəhəng sekvoya (Sequoiadendron giganteum)  sərvkimilər fəsiləsinin sekvoya cinsinə aid olub, Şimali Amerikanın Kaliforniya ştatında, Sierra Nevada dağlarının ətəklərində rast gəlinir.

“Oduncaqlı bitkilər” laboratoriyasının müdiri b.ü.f.d., dos. Asif Mehraliyev bildirib ki, bu növ uzun illər əvvəl Bağa introduksiya edilib, xüsusi nəzarət və qayğı nəticəsində bu günə qədər sağlam şəkildə qorunub-saxlanılır və hal-hazırda inkişafı normal davam edir.  Ağacın hündürlüyü 15 metrə qədər,  diametri isə 40 sm-dir.

Qeyd edək ki, Nəhəng sekvoya təkcə öz əzəmətliliyi və uzunömürlülüyü ilə deyil, həm də ekoloji sistemə təsirləri ilə də diqqət çəkir. Onlar çoxlu miqdarda karbon qazını udaraq iqlim dəyişikliyinin qarşısını almaqda mühüm rol oynayırlar. Bitkinin Mərkəzi Nəbatat Bağında yetişdirilməsi Azərbaycanın biomüxtəlifliyi və ekoloji tarazlığı baxımından böyük əhəmiyyət kəsb edir. Növün qiymətliliyini nəzərə alaraq Bağda onun çoxaldılması üzərində tədqiqat işləri aparılır.

WhatsApp Image 2025-05-26 at 15.12.11.jpeg
WhatsApp Image 2025-05-26 at 15.12.11.jpeg
WhatsApp Image 2025-05-26 at 15.12.54.jpeg
WhatsApp Image 2025-05-26 at 15.12.26.jpeg
WhatsApp Image 2025-05-26 at 15.12.11.jpegWhatsApp Image 2025-05-26 at 15.12.54.jpegWhatsApp Image 2025-05-26 at 15.12.26.jpeg