Bildiyiniz kimi, Mərkəzi Nəbatat Bağı 1934-cü ildə müxtəlif bitki növlərinin mühafizəsi, ekoloji tarazlığın qorunması, elmi tədqiqatlar, ekoloji maarifləndirmə və ictimaiyyət üçün istirahət zonası kimi mühüm bir missiyanı yerinə yetirmək məqsədilə yaradılmışdır.
Əsaslı yenidənqurma və bərpa işləri nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 45 hektara çatdırılıb. Bağda giriş kompleksi yaradılıb, yeni tipli oranjereyalar, uşaq əyləncə meydançası inşa edilib. Bununla yanaşı, ziyarətçilər üçün 650 metr uzunluğunda liftlə təmin edilmiş müasir körpü tikilib. Bu körpü ziyarətçilərə Bakı şəhərini yüksəkdən seyr etmək imkanı yaradır və şəhərin mənzərəsini tamamilə yeni bir perspektivdən görmək fürsəti təqdim edir.
Qeyd edək ki, lift vasitəsilə fiziki məhdudiyyətli ziyarətçilər də rahatlıqla körpüyə qalxaraq paytaxtın gözəl mənzərəsini seyr edə bilərlər.