17
Feb

Məktəblilərin ekoloji maarifləndirilməsi məqsədilə Mərkəzi Nəbatat Bağında ekskursiyalar təşkil edilir

616

Bildiyiniz kimi, ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin mühafizəsi və insanların sağlam mühitdə yaşaması vacib amillərdən biridir. Ətraf mühitin mühafizəsi istiqamətində görülən başlıca tədbirlərdən biri də yaşıllıqların artırılması və biomüxtəlifliyin qorunub saxlanmasıdır. Mərkəzi Nəbatat Bağının əsas fəaliyyət istiqamətləri Azərbaycanın bitki ehtiyatlarının zənginləşdirilməsi və tədqiqi üçün respublikanın müxtəlif ekoloji şəraitində bitən və xarici ölkələrdən gətirilən nadir, nəsli kəsilməkdə olan bitkilərin genofondunun saxlanılması və mühafizəsinin təşkil edilməsi, nəbatat və ekologiya elminin nailiyyətinin təbliğ edilməsidir. Bu səbəbdən də məktəblilərin dərsdən kənar asudə vaxtlarının səmərəli keçirməsi və onların ekoloji maarifləndirilməsi məqsədilə Mərkəzi Nəbatat Bağında mütəmadi olaraq ekskursiyalar təşkil edilir. Ekskursiyalar zamanı məktəblilər nadir və nəsli kəsilməkdə olan bitki növləri ilə tanış olaraq, Bağın elmi əməkdaşları tərəfindən biomüxtəlifliyin qorunmasının əhəmiyyəti, yaşıllıqların ekoloji balansdakı rolu və tullantıların düzgün idarə olunması barədə ətraflı məlumat əldə edirlər. Bundan əlavə, məktəblilər təbiətə qayğı göstərməyin vacibliyini öyrənir və praktik fəaliyyətlərdə iştirak edirlər. Qeyd edək ki, məktəblilərin Mərkəzi Nəbatat Bağında həyata keçirilən ekskursiyalarda fəal iştirak etməsi nəinki, ətraf mühitin mühafizəsi, həmçinin ekoloji maarifləndirmə nöqteyi nəzərindən də böyük əhəmiyyət kəsb edir.

IMG_2468-thumb.jpg
IMG_2468-thumb.jpg
IMG_2527-thumb.jpg
IMG_2555-thumb.jpg
IMG_2577-thumb.jpg
IMG_2593-thumb.jpg
IMG_2599-thumb.jpg
IMG_2606-thumb.jpg
IMG_2651-thumb.jpg
IMG_2468-thumb.jpgIMG_2527-thumb.jpgIMG_2555-thumb.jpgIMG_2577-thumb.jpgIMG_2593-thumb.jpgIMG_2599-thumb.jpgIMG_2606-thumb.jpgIMG_2651-thumb.jpg