Çiçəkçilik laboratoriyası

Əsas fəaliyyət istiqamətləri

Azərbaycanda ilk dəfə olaraq respublikada yayılan və xarici ölkələrdən gətirilən müxtəlif bağ qruplarında təmsil olunan qızılgüllərin növ və sortlarının Abşeronda, Mərkəzi Nəbatat Bağında kolleksiyasını toplayaraq elmi əsaslarla öyrənilməsi, introduksiyası və seleksiyası həyata keçirilir.

Əsas elmi nəticələri

“Çiçəkçilik” laboratoriyasında 2006-ci ildən Azərbaycanda dekorativ çiçəkli bitkilər üzrə ilk dəfə olaraq Asəf İsgəndərovun rəhbərliyi altında seleksiya, hibridləşdirmə və seçmə nəticəsində bağ qızılgüllərinin 800-dən artıq hibrid formaları əldə olunmuşdur. Onlardan ən uğurlu alınmış 24 hibrid toxmacarın yeni genotip olduğu müəyyən edilmişdir.

Azərbaycanda ilk dəfə olaraq MNB-da yetişdirilmiş 3 qızılgül – “Əsrin Müqaviləsi”, “Sarı Gəlin”, “Nazpəri” sortlarına görə Asəf İsgəndərova patent və müəlliflik şəhadətnamələri verilmişdir. Digər yeni sortların da Dövlət Komissiyasına təqdim edilməsinə hazırlıq işləri görülür.

İşçilərin ümumi sayı

5

Struktur bölmənin rəhbəri

Asəf İsgəndərov Biologiya üzrə fəlsəfə doktoru

Telefon

Faks

Elektron poçt