Qurbanov Maqsud Rüstəm oğlu

  • Anadan olduğu yer

    Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Qarabağlar kəndi

  • Təvəllüdü

    09.05.1941

  • Bitirdiyi ali təhsil müəssisəsi

    Bakı Dövlət Universiteti, biologiya

  • Elmi dərəcəsi

    Biologiya üzrə elmlər doktoru

  • Elmi rütbəsi

    Professor

  • Namizədlik (PhD) dissertasiyasının mövzusu:

    Göyrüş (Fraxinus L.) növlərinin Abşeron şəraitinə introduksiyası, onların yaşıllaşdırma və meşəsalma işlərində əhəmiyyəti

  • - İxtisas şifri

  • - İxtisasın adı

  • Doktorluq dissertasiyasının mövzusu:

    İntroduksiya edilən oduncaqlı bitkilərin toxumverməsinin və toxum keyfiyyətinin yüksəldilməsinin elmi əsasları

  • - İxtisas şifri

  • - İxtisasın adı

  • Müxbir üzv seçilməsi:

  • - Tarix

    30 iyun 2001-ci il

  • - İxtisasın adı

  • Xaricdə çıxmış elmi əsərlərinin sayı

    70

  • Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

    10

  • Kadr hazırlığı:
  • Fəlsəfə doktorlarının sayı

    6

  • Elmlər doktorlarının sayı

    1

  • İş yeri və ünvanı

    Mərkəzi Nəbatat Bağı, AZ1004, Bakı şəhəri, Mikayıl Müşfiq 103

  • Vəzifəsi

    Bitkilərin mühafizəsi və monitoringi laboratoriyasının baş elmi işçisi

  • Xidməti tel.

    (+994 12) 5024903

  • Mobil tel.

    (+994 50) 5540145

  • Faks

    (+994 12) 5024172

Əsas elmi nailiyyətləri

Bitki introduksiyasının uğurluğunun qiymətləndirilməsi, bioloji aktiv maddələrlə toxum keyfiyyətinin yüksəldilməsi, toxumların rentgenoloji təhlili kimi metodlar, toxum keyfiyyətini qiymətləndirmək üçün obyektiv bölgü, bitkilərin böyümə, meyvə və toxumvermə proseslərinin riyazi modelləşdirmə vasitəsilə proqnozlaşdırılması kimi üsullar işləyib hazırlamışdır. Poliploid bitki toxumlarının həyatiliyini yüksəltmək üçün müxtəlif ploidli fərdlərin hibridləşdirilməsi metodunu təklif etmiş, toxumların rentgenoloji analizi üçün universal təsnifat işləyib hazırlamışdır. Toksiki sənaye tullantılarına qarşı verilən cavab reaksiyalarına görə bitkilərin ekoloji qruplarını təsnif etmiş, meyvə və toxumların, həmçinin fərdlərin tam biomorfoloji əlamətlərinə görə bitkilərin qeyri-ənənəvi üsullarla təyin edilməsi üçün rəqəmsal və hərfli-rəqəmsal politomik təyinat açarlarını tərtib və tətbiq etmişdir.

Elmi əsərlərinin adları

  1. Рентгенография семян с увеличенным изображением. / Бюл. ГБС АН СССР, вып.133. Москва: Наука, 1984, с.97-101
  2. Семена древесных пород. Методы рентгенографического анализа (Отраслевой стандарт ОСТ 56-94-88) – Москва: Госкомлес СССР, -1988, 22 с. (в соавторстве).
  3. İn situ və ex situ şəraitindəki ağac və kol bitkiləri toxumlarının müqayisəli rentgenoqrafik təhlili. AMEA-nın Xəbərləri, Biologiya elmləri seriyası, № 5-6, 2006, s.82-96.
  4. Meyvə və toxumlarına görə bitki növlərinin qeyri-ənənəvi təyinat üsulları. –Bakı: Elm, 2011. 60 s.
  5. Şamların taksonomiyası, biomorfoloji və rentgenoloji xüsusiyyətləri. – Bakı: Elm, 2013-72 s. (həmmüəlliflə)

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

  • AMEA Mərkəzi Nəbatat Bağının Elmi Şurasının üzvü
  • Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm Mərkəzi ET Əkinçilik İnstitutu nəzdindəki ixtisaslaşdırılmış şuranın üzvü
  • MDB ölkələri üzrə introdusentlərin toxumşünaslıq və toxumçuluq komissiyasının üzvü, Cənubi Qafqaz respublikaları üzrə analoji komissiyasının sədri.