-
Anadan olduğu yer
Azərbaycan, Cəbrayıl ray., Minbaşılı kəndi
-
Təvəllüdü
25.12.1959
-
Bitirdiyi ali təhsil müəssisəsi
Bakı Dövlət Universiteti
-
Elmi dərəcəsi
Biologiya üzrə elmlər doktoru
-
Elmi rütbəsi
dosent

-
Namizədlik (PhD) dissertasiyasının mövzusu:
Abşeronda introduksiya olunmuş Danaayağı (Araceae Juss.) fəsiləsinin növlərinin biomorfologiyası və becərilməsi
-
- İxtisas şifri
-
- İxtisasın adı
-
Doktorluq dissertasiyasının mövzusu:
Azərbaycanın quru subtropik şəraitinə introduksiya olunmuş tropik bitkilərin (Bromeliaceae Juss., Orchidaceae Juss.) biomorfologiyası və becərilməsinin ekoloji əsasları)
-
- İxtisas şifri
-
- İxtisasın adı
-
Xaricdə çıxmış elmi əsərlərinin sayı
45
- Kadr hazırlığı:
-
Fəlsəfə doktorlarının sayı
3
-
İş yeri və ünvanı
AMEA Mərkəzi Nəbatat Bağı, AZ1004, Bakı şəhəri, Badamdar şossesi, 40
-
Vəzifəsi
Örtülü şəraitdə becərilən bitkilər laboratoriyasının müdiri
-
Xidməti tel.
(+994 12) 5024321
-
Mobil tel.
(+994 50) 6482700
-
Ev tel.
(+994 12) 4771446
-
Faks
(+994 12) 5024172
-
Elektron poçtu
Əsas elmi nailiyyətləri
Daxili ekoloji mühitin və interyerlərin abadlaşdırılmasında, bədii-memarlıq tərtibatında, istehsalatda əmək şəraitinin sağlamlaşdırılmasında tropik bitkilərin rolunu öyrənmiş, həmin bitkilərin Azərbaycanda örtülü şəraitdə biomorfoloji və bioekoloji xüsusiyyətlərinin və becərilmə aqrotexnikasının, çoxaldılmasının effektli üsullarının elmi-nəzəri və elmi-metodiki bazasını və onların praktiki istifadə yollarının elmi əsaslarını işləyib hazırlamışdır. Dünya florasının tropik və subtropik bölgələrindən introduksiya edilmiş bitkilərin Azərbaycanda örtülü şəraitdə ilk dəfə biomorfoloji və bioekoloji xüsusiyyətlərini, böyümə və inkişaf biologiyasını, virginil və generativ dövrlərdə morfogenezini, çiçəkləmə və meyvəvermə biologiyasını öyrənmiş, öyrənilən növlərin klon mikroçoxaldılması metodunu təkmilləşdirmiş və tropik və subtropik bitkilərin becərilməsi üçün Azərbaycanın aqrar sektorunda əmələ gələn bitki tullantılarının “az tullantılı və ya konkret mərhələdə tullantısız” texnologiya prinsipinə əsaslanan subustrat əvəzləyicisinin kompleks metodunu işləyib hazırlamışdır. Bütün bunlar ilk dəfə əldə edilən və elmi yenilik daşıyan mühüm məlumatlardır və onların əldə edilməsi müəllifin şəxsi tədqiqatlarının nəticəsidir.
Elmi əsərlərinin adları
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
- AMEA Mərkəzi Nəbatat Bağının Elmi Şurasının üzvü
- AMEA Botanika İnstitutunun müdafiə seminarının üzvü