İsgəndərov Asəf Talıb oğlu

  • Anadan olduğu yer

    Gəncə şəhəri

  • Təvəllüdü

    24.03.1943

  • Bitirdiyi ali təhsil müəssisəsi

    Gəncə Dövlət Pedaqoji İnstitutu

  • Elmi dərəcəsi

    Biologiya üzrə fəlsəfə doktoru

  • Namizədlik (PhD) dissertasiyasının mövzusu:

    Azərbaycanın bəzi itburnu növlərinin bioekolojixüsusiyyətləri onların introduksiyası və istifadə olunması

  • - İxtisas şifri

    2417.01

  • - İxtisasın adı

    Botanika

  • Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

    53

  • Xaricdə çıxmış elmi əsərlərinin sayı

    9

  • Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı

    1

  • Kadr hazırlığı:
  • Fəlsəfə doktorlarının sayı

    1

  • İş yeri və ünvanı

    AMEA Mərkəzi Nəbatat Bağı, AZ1004, Bakı şəhəri, Badamdar şossesi, 40

  • Vəzifəsi

    Çiçəkçilik laboratoriyasının müdiri

  • Xidməti tel.

    +994125024321

  • Mobil tel.

    (+994 50) 3538527

  • Faks

    +994125024172

  • Elektron poçtu

    [email protected]

Əsas elmi nailiyyətləri

Azərbaycanın Kiçik Qafqaz ərazisindən topladığı zəngin herbari materiallarını tədqiq edərək Azərbaycan florası üçün üç növ və bir növ müxtəlifliyi elm üçün (Rosa gadzhievii Chrshan. et İsken, Rosa jaroschenkoi Gadzh. et İskend., Rosa isaevii Gadzh. et İskend., Rosa tschatyrdagi Chrshan. var. Schemachensis Chrshan. et İskend.), 1 növ Azərbaycan florası üçün (Rosa subafzeli ana Chrshan.), 3 növ Kiçik Qafqaz florası üçün (Rosa svanetica Crepş., Rosa sjuniki P.Jar., Rosa sosnowskyana Tamam.) yeni olduğu müəyyən edilmişdir. 2006-ci ildən Azərbaycanda dekorativ bitkilər üzrə ilk dəfə olaraq seleksiya hibridləşdirmə və seçmə nəticəsində bağ qızılgüllərinin 800-dən artıq hibrid formaları əldə olunmuşdur. Onlardan 24 sort və 97 hibrid toxmacarın seleksiya üsulu ilə alınmış yeni genotip olduğu müəyyən edilmişdir. Azərbaycanda ilk dəfə olaraq MNB-da yetişdirilmiş 3 qızılgül “Əsrin Müqaviləsi”, “Sarı Gəlin”, “Nazpəri” sortlarına görə patent və müəlliflik şəhadətnamələri almışdır.

Elmi əsərlərinin adları

  1. Интродукция и селекция роз в Центральном Ботаническом Саду, Батумский Ботанический Сад, Материалы Юбилейной международной научно-практической конференции, посвященной 100-летию Батумского Ботанического Сада, г.Батуми, Грузия, стр. 273-275, 8-10 мая, 2013г. Кафарова О.О.Фарзалиев В.С.,Алиев Р.А.
  2. Mərkəzi Nəbatat Bağında qızılgüllərin seleksiyası təcrübələri , AMEA Mərkəzi Nəbatat Bağının Elmi Əsərləri, 2015, XIII cild, s.179-188. Qafarova O.O.
  3. Qızılgüllər kolleksiyasının kataloqu, AMEA Mərkəzi Nəbatat Bağının “Qızılgüllər kolleksiyasının kataloqu”. Bakı: 2014, 155 s.
  4. Mərkəzi Nəbatat Bağında qızılgüllərin seleksiyası təcrübələri, AMEA Mərkəzi Nəbatat Bağının Elmi Əsərləri, 2015, XIII cild, s.179-188
  5. Collection of garden roses gene pool of the Central Botanical Garden of ANAS of Azerbaijan. Innovative Approaches to Conservation of Biodiversity. S.78. Baku.2016

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

  • AMEA Mərkəzi Nəbatat Bağı Elmi Şurasının üzvü

Pedaqoji fəaliyyəti

  • 1965-1966-ci illərdə Daşkəsən rayonu Qazaxyolçular kənd orta məktəbində müəllim

Təltif və mükafatları

  • “Tərəqqi medalı” - 03.11.2015-ci ildə