Fərzəliyev Vahid Sabir oğlu

  • Anadan olduğu yer

    Azərbaycan Respublikası, Ağcabədi rayonu

  • Təvəllüdü

    01.05.1969

  • Bitirdiyi ali təhsil müəssisəsi

    Bakı Dövlət Universiteti, Biologiya fakültəsi

  • Elmi dərəcəsi

    Biologiya elmləri doktoru

  • Elmi rütbəsi

    Dosent

  • Namizədlik (PhD) dissertasiyasının mövzusu:

    “Abşeronda yayda və payızda çiçəkləyən bəzi dekorativ ağac və kol növlərinin bioekoloji xüsusiyyətləri”

  • - İxtisas şifri

  • - İxtisasın adı

  • Doktorluq dissertasiyasının mövzusu:

    Azərbaycanın iynəyarpaqlılarının növmüxtəlifliyi, bioekoloji xüsusiyyətləri və iqtisadi əhəmiyyəti

  • - İxtisas şifri

  • - İxtisasın adı

  • Xaricdə çıxmış elmi əsərlərinin sayı

    53

  • Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

    15

  • Kadr hazırlığı:
  • Fəlsəfə doktorlarının sayı

    3

  • İş yeri və ünvanı

    AMEA Mərkəzi Nəbatat Bağı, AZ1004, Bakı şəhəri, Badamdar şossesi, 40

  • Vəzifəsi

    AMEA Mərkəzi Nəbatat Bağının direktoru v.i.e.

  • Xidməti tel.

    (+994 12) 502 43 21

  • Mobil tel.

    (+994 50) 385 62 24

  • Ev tel.

    (+994 12) 434 35 95

  • Faks

    (+994 12) 502 41 72

  • Elektron poçtu

    [email protected]

Əsas elmi nailiyyətləri

Çoxsaylı biomorfoloji əlamətlər əsasında Abşeron yarımadasına introduksiya edilmiş şam və sərv növlərinin hərfli-rəqəmsal politomik təyinat açarı tərtib edilmişdir. Qafqazda və ona qonşu regionlarda yayılan Pinus sylvestris L. populyasiyalarının allozim quruluşunun tədqiqinin, coğrafi differensiasiyasının və taksonomik statusunun təyininin ilkin analizi və onun nəticələrinin ümumiləşdirilməsi aparılmışdır. Azərbaycanda yayılmış Juniperus excelsa, J. polycarpos, J. oxycedrus və J. pygmaea nümunələrinin nüvə genomunda daxili transkripsiya olunan speyser (ITS) və xloroplast genomunda kodlaşan 4: petN-psbM, trnS-tenG, trnD-trnT, trnL-trnF genləri nahiyələrinin DNT ardıcıllıqlarının analizi aparılmışdır. Respublika ərazisində təbii halda yayılmış Pinus eldarica, Taxus baccata, Juniperus polycarpos və J. foetidissima növlərinin və introduksiya olunmuş Cedrus deodara növünün oduncağının anatomik quruluşu öyrənilmiş, dendroxronoloji tədqiqi aparılmışdır. Eldar şamı tozcuqlarının morfoloji xüsusiyyətləri və keyfiyyət göstəriciləri müəyyən edilmişdir. CİS modellərinin tətbiqi ilə Eldar şamının Azərbaycanda və dünyanın fərqli bölgələrinə introduksiyası üçün perspektivli və ekoloji baxımdan yararlı ərazilər müəyyən edilmişdir.

Elmi əsərlərinin adları

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

  • AMEA Mərkəzi Nəbatat Bağının Elmi şurasının sədri
  • Azərbaycan Botaniklər Cəmiyyətinin üzvü